» » KİV: “İraq ordusu və “Haşdi Şabi” Kərkükdəki neft quyularını qaytarmaq üçün bölgəyə qüvvə yerləşdirib”

KİV: “İraq ordusu və “Haşdi Şabi” Kərkükdəki neft quyularını qaytarmaq üçün bölgəyə qüvvə yerləşdirib”


İraq ordusu və “Haşdi Şabi” silahlı qruplaşması Kərkükdəki neft quyularını, aerodromu mərkəzi hakimiyyətin nəzarətinə qaytarmaq üçün bölgəyə qüvvə yerləşdirib.


“Report” TGRT-ə istinadən xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb.


Xəbərdə bildirilib ki, İraqın şimalındakı yerli muxtariyyətin hökumət başçısının müavini Kosret Rəsul belə bir əməliyyata qarşı on minlərlə “peşmərgə”nin (İraqın şimalındakı yerli hökumətin silahlı dəstəsi belə adlanır) Kərkükə yerləşdirildiyini vurğulayıb.


Qeyd edək ki, bu bölgəyə, eləcə də neft quyuları və aerodroma İraqın şimalındakı hökumət nəzarət edir. 

scroll top