» » Avropa İttifaqının binasında tüstülənmə olub, 10 nəfərdən çox insan zəhərlənib

Avropa İttifaqının binasında tüstülənmə olub, 10 nəfərdən çox insan zəhərlənib


Avropa İttifaqının (Aİ) Brüsseldəki binasında tüstülənmə olub. 


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Təşkilat oktyabrın 13-də bəyanat yayıb. 


İşçilər ehtiyat tədbiri olaraq binadan təxliyyə edilib, 10 nəfərdən çox insan tüstüdən zəhərlənib.


Hadisə binanın mətbəxində baş verib. 


Qeyd edək ki, gələn həftə bu binada Avropa İttifaqına üzv dövlətlərin başçılarının sammiti keçiriləcək.

scroll top