» » Belarus prezidenti: "MDB PA çox az ehtiyac duyulan təşkilatdır"

Belarus prezidenti: "MDB PA çox az ehtiyac duyulan təşkilatdır"


Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasını (PA) çox az ehtiyac duyulan təşkilat adlandırıb.


ucarliyiq.biz Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə o, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla bu gün Minskdə keçirilən görüşündə bildirib.


"MDB-də PA-nın rolunun gücləndirilməsinin təşəbbüskarlarından biri olmuşuq. Amma təşkilat indiki kimi işləsə, nədən danışaq?! Hər şeyin nəticəsi olmalıdır", - A.Lukaşenko vurğulayıb.


Dövlət başçısı ölkəsinin PA-nın gücləndirilməsinin lehinə olduğunu, amma dürüst və şəffaf fəaliyyət istədiyini qeyd edib: "İlk növbədə, parlamentin hansı istiqamətlərdə işləyəcəyini dəqiq, açıq-aydın söyləmək lazımdır. Biz məhz bunu istəyirik. Daha elə-belə, çox az ehtiyac duyulan təşkilat yox".

scroll top