» » Azərbaycanda kredit kartlarının sayı 9% azalıb

Azərbaycanda kredit kartlarının sayı 9% azalıb


Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı bu ilin avqust ayında 10 min ədəd və ya 1,8% artaraq sentyabrın 1-nə 577 min ədədə çatıb.


ucarliyiq.biz bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.


İlin əvvəli ilə müqayisədə isə kredit kartlarının sayında 54 min ədəd və ya 8,6% azalma qeydə alınıb.


Ümumiyyətlə, sentyabrın 1-nə ölkədə 5 597 min ödəniş kartı dövriyyədə olub. Bunun da 5 020 min ədədini (89,7%) debet kartları, o cümlədən 2 515 min ədədini sosial kartlar (44,9%), 1 744 min ədədini əmək haqqı kartları (31,2%) təşkil edib.


Beləliklə, sentyabrın 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının 10,3%-i kredit kartlarının payına düşüb. 

scroll top