» » Azərbaycanda büdcə kəsirinin ÜDM-ə nisbəti artıb

Azərbaycanda büdcə kəsirinin ÜDM-ə nisbəti artıb

Azərbaycanda büdcə kəsirinin ÜDM-ə nisbəti artıb
© Report

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 045,1 mln. manat, xərcləri 12 783,7 mln. manat təşkil edib.


“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara istinadən xəbər verir.


Büdcənin icrasında 738,6 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,5%-i qədər kəsir yaranıb.


Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 30,3% artaraq 10 788,8 mln. manata, xərcləri isə 21,2% artaraq 11 327,5 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 538,7 mln. manatlıq kəsir ÜDM-in 1,2%-ni təşkil edib.

scroll top