» » Gürcüstan parlamenti prezidentin veto qoyduğu yeni konstitusiyanı təsdiqləyib

Gürcüstan parlamenti prezidentin veto qoyduğu yeni konstitusiyanı təsdiqləyib

Gürcüstan parlamenti prezidentin veto qoyduğu yeni konstitusiyanı təsdiqləyib
© Report — Gürcüstanın prezidenti Georgi Marqvelaşvili

Gürcüstan parlamenti ölkə prezidenti Georgi Marqvelaşvilinin veto qoyduğu yeni konistitusiyanı üçüncü oxunuşda qəbul edib.


“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunun üçün qanunverici orqanın növbədənkənar iclası keçirilib.


Parlamentdəki müxalifət fraksiyası səsvermədə iştirak etməyib. Müxalifətçi deputatlar zaldan “Ayaqlanan konstitusiya!” şüarını asıblar.


Məlumata görə, yeni konstitusiyaya əsasən Gürcüstan parlament idarəetmə üsuluna keçir və prezidentin səlahiyyətləri kəskin şəkildə məhdudlaşdırılır. Yeni konstitusiya bir ildən, yeni prezident seçildikdən sonra qüvvəyə minəcək. 

scroll top