» » Azərbaycan əhalisi bu il banklara 652 mln. manat faiz ödəyib

Azərbaycan əhalisi bu il banklara 652 mln. manat faiz ödəyib


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq 36,247 mlrd. manata çatıb.


“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3 728 manat və yaxud ayda 414,2 manat təşkil edərək 6,9% artlb.


Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən, 652 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,9%-i isə yığıma yönəldilib.


Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 157,3 mln. manatlıq vəsait qalıb. 

scroll top