» » Azərbaycan Cənub Qaz Dəhlizinə 7,8 mlrd. dollar yatırıb

Azərbaycan Cənub Qaz Dəhlizinə 7,8 mlrd. dollar yatırıb

Azərbaycan Cənub Qaz Dəhlizinə 7,8 mlrd. dollar yatırıb
© Report/ Orkhan Azim — "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev

"Cənub Qaz Dəhlizi" QSC Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Cənub Qaz Dəhlizi layihəsinə indiyədək 7,8 mlrd. dollar həcmində vəsait xərcləyib.


ucarliyiq.biz xəbər verir ki, bu barədə Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində çıxışı zamanı "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.


"Cənub Qaz Dəhlizi layihəsinin dəyərinin 41,5 mlrd. dollar məbləğində olacağı qiymətləndirilir. "Cənub Qaz Dəhlizi" QSC-nin payı isə 11,8 mlrd. dollardır və bu günə layihəyə 7,8 mlrd. dollar investisiya qoyulub", - deyə Ə.İsayev əlavə edib.

scroll top