» » Almaniya XİN başçısı: “ABŞ-ın siyasəti bizi Rusiya və Çinlə eyni mövqedə olmağa məcbur edəcək”

Almaniya XİN başçısı: “ABŞ-ın siyasəti bizi Rusiya və Çinlə eyni mövqedə olmağa məcbur edəcək”


“Amerikalıların İrana yönəlik siyasəti bizi - avropalıları Rusiya və Çinlə eyni mövqedən çıxış etməyə məcbur qoyacaq”.


“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel yerli RND televiziyasına müsahibəsində bildirib.


“Onların İran üzrə siyasətinin bizi Rusiya və Çinlə eyni mövqedən olmağa vadar etdiyini, gərək, amerikalılara deyək. Avropa məsələ ilə bağlı bir mövqedən çıxş edir. Bu, həlledici əhəmiyyətə malikdir”, - nazir vurğulayıb.


Z.Qabriel vurğulayıb ki, ABŞ-ın İranın nüvə proqramı üzrə əhatəli razılaşmadan çıxması təhlükəsizliklə bağlı vəziyyəti daha da pisləşdirəcək: “İsraillə İran arasında birbaşa müharibə təhlükəsinə qayıdılacaq”.


Qeyd edək ki, oktyabrın 13-də axşam saatlarında ABŞ prezidenti Donald Trampın İrana yönəlik strategiyasını açıqlayacağı gözlənilir. 

scroll top