» » İtaliya qarışıq seçki sisteminə keçir

İtaliya qarışıq seçki sisteminə keçir


İtaliya parlamentinin Aşağı Palatası yeni seçki sistemi haqqında qanuna səs verib.


“Report” dw-yə istinadən xəbər verir ki, yeni seçki siteminin lehinə 375, əleyhinə isə 215 deputat səs verib.


Tətbiq olunacaq yeni sistem qarşıq seçki sistemi olacaq. Belə ki, Aşağı Palatanın 386 üzvü partiya siyahısı ilə, yəni proposional, 225-i isə dairə üzrə, yəni mojaritor qaydada seçiləcək.


Bu islahat son 20 ildə İtalliyanın siyasi sistemində sabitlik yaratmaq üçün edilən 4-cü cəhddir. 1993, 2005 və 2015-ci illərdə ölkənin seçki sistemində dəyişiklik edilib.


Qeyd edək ki, seçki sistemində bu islahatın aparılması təklifini deputat Ettore Rozata təqdim edib. Ona görə də bu sənəd “Rosatellum” adlanır.

scroll top