» » İstanbulda naməlum şəxs məktəbə hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB

İstanbulda naməlum şəxs məktəbə hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB


İstanbulda naməlum şəxsin məktəbdən çıxan şagirdlərə ov tüfəngi ilə atəş açması nəticəsində yaralanan şagirdlərdən biri ölüb. 


“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hücumu həyata keçirən şəxs daha sonra biləklərini kəsərək intihara cəhd göstərib.


Şübhəli polislər tərəfindən saxlanılıb.


Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. 



*** 17:46


İstanbulun Pendik rayonunda naməlum şəxsin məktəbə daxil olaraq açdığı atəş nəticəsində 3 şagird yaralanıb.


“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, şagirdlərə atəş açdıqdan sonra intihara cəhd edib.


Faktla bağlı araşdırma aparılır. 

scroll top