» » Terrorçu PKK-nın Suriyadakı qolu amerikalı snayperçini ölkəsinə buraxmır

Terrorçu PKK-nın Suriyadakı qolu amerikalı snayperçini ölkəsinə buraxmır

Terrorçu PKK-nın Suriyadakı qolu amerikalı snayperçini ölkəsinə buraxmır
© Haber7.com

Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri sayılan “PYD” ABŞ vətəndaşı, snayperçi Kevin Hovardı və daha bir həmvətənini qanunsuz həbsxanaya salıb.


“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Kevin Horvard sosial şəbəkədəki səhifəsində yazıb.


Onların hər ikisi "Səhrədsiz Həkimlər" təşkilatının üzvləridirlər.


Kevin Horvard ABŞ donanmasının keçmiş zabitidir və terrorçulara snayper təlimi keçirmiş.


“Bir ay əvvəl ABŞ-a getmək istədim, pasportumu əlimdən aldırlar. Əlimə bir silah verib “ya Deyr əz-Zorda Bəşşar Əsəd rejimi və ruslara qarşı vuruşacaqsan, ya da həbs olunacaqsan” deyərək hədələdilər. Hazırda Tel-Temir bölgəsində bir yerdə saxlanılıram. Onların yolunda fəaliyyət göstərib bir çox pis işlər gördüm. İndi bu adamlar mənim azadlığımı əlimdən alıblar”, - K.Hovard bildirib.


Onun sözlərinə görə, saxlanıldığı yerdə kimliyini bilmədiyi ABŞ-ın bir vətəndaşı da var.


Qeyd edək ki, artıq K.Horvardla bağlı məsələni ABŞ-ın İraqdakı hərbi missiyası bu ölkənin Xarici İşlər Nazirliyinə təqdim edib. 

scroll top