» » İŞİD-in paytaxt elan etdiyi Rəqqa şəhəri terrorçulardan tam azad olunub

İŞİD-in paytaxt elan etdiyi Rəqqa şəhəri terrorçulardan tam azad olunub


İŞİD terror təşkilatının əsas istinadgahı olan Suriyanın Rəqqa şəhəri ekstremistlərdən tam olaraq azad edilib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Al Arabiya" telekanalı məlumat yayıb.


Bildirilir ki, quldur qruplaşmalarının sağ qalmış üzvləri "Azad Suriya Ordusu" silahlı koalisiyasının dəstələrinə təslim olublar.


Rəqqanın azad olunmasına iyunun 6-da başlanılıb. Əməliyyatlarda "Azad Suriya Ordusu"na ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri havadan dəstək verib.

scroll top