» » » Şamaxıda ağır qəza: 5 nəfər xəsarət alıb

Şamaxıda ağır qəza: 5 nəfər xəsarət alıb

Şamaxıda ağır qəza: 5 nəfər xəsarət alıb

Faktla bağlı araşdırma aparılır.

Bakı-Şamaxı yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında yolun 115-ci kilometrliyində, Şamaxının Mərzəndiyə kəndi ərazisində, Pirsaat ziyarətgahının yanında qeydə alınıb.
 
“VAZ 2107” və “Lada Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı rayonunun Həmyə kənd sakinləri -1995-ci il təvəllüdlü Qafarov Cəfər Nəbi oğlu, 1988-ci il təvəllüdlü Eyvazov Nəriman Əlimövsüm oğlu, 1995-ci il təvəllüdlü Qurbanov Nəcəf Gündüz oğlu, 1988-ci il təvəllüdlü Kərimov Rəşad Misirxan oğlu, Bakı sakini 1966-cı il təvəllüdlü Ağayeva Mərziyə Ədil qızı ağır bədən xəsarəti alaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

Interesting facts scroll top