» » » Tədbirə içkili qatılıb millət vəkillərinə "ilişən" model indi yuxudan durur - VİDEO

Tədbirə içkili qatılıb millət vəkillərinə "ilişən" model indi yuxudan durur - VİDEO

Tədbirə içkili qatılıb millət vəkillərinə "ilişən" model indi yuxudan durur - VİDEO

"Bu haqda sonra geniş açıqlama verəcəyəm"

Bu sözləri ötən gün ""Number 1" mükafatlandırma mərasimində içkili vəziyyətdə səhnəyə çıxdığı deyilən model Rüstəm Cəbrayılov axar.az-a danışarkən deyib. O, zalda baş verən hadisələri təsdiqləyib:

"Hə, dünən elə bir şey baş verdi, amma indi yuxuluyam, danışmaq istəmirəm. Məsələ ilə bağlı sonra geniş açıqlama verəcəyəm".

Xatırladaq ki, "Nambə van" mükafatlandırma mərasiminə içkili qatılan Rüstəm Cəbrayılov səhnəyə çıxaraq deyib:

"Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər. Mənim arxamda duran insanlar var".

***
Dünyaca tanınmış model Rüstəm Cəbrayılov bu gün keçirilən "Number1" mükafatlandırma mərasimində iştirak edib. BiG.AZ xəbər verir ki, mükafatlandırma mərasimində sonda mükafat alan R. Cəbrayılov çıxışı ilə hər kəsi şoka salıb. Sərxoş olan R. Cəbrayılov naraçılıq bildirib:

"Mənim arxamda kimlər var ? Arxamda buradakılardan böyük insanlar durur. Millət vəkilləri məndən artıq deyil. Burada mükafat alanlar məndən artıq deyil. Ancaq onlar sona kimi gözləməyib getdilər".

Model mükafatı alıb, səhnədən düşəndən sonra yenidən içki barı olan tərəfə yaxınlaşıb və içməyə davam edib.

Interesting facts scroll top