» » » Bakıda Şok olay!15 yaşlı qızı zorladı sonra...

Bakıda Şok olay!15 yaşlı qızı zorladı sonra...

Bakıda Şok olay!15 yaşlı qızı zorladı sonra...

Zorlamada təqsirli bilinən 1987-ci il təvəllüdlü Peyman İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Peyman İbrahimov 10 oktyabr 2014-cü il tarixdə yaşadığı Sumqayıt şəhərində 2001-ci il təvəllüdlü Məlahət İbrahimova (ad və soyad şərti göstərilib) ilə tanış olub.
O, bir müddət Məlahət ilə şəhər ərazisində görüşüb, söhbət ediblər. Daha sonra Peyman İbrahimov 15 yaşlı qızla cinsi əlaqədə olmaq qərarına gəlib.
Peyman İbrahimov Məlahət İbrahimovanı tanışı Ramil Əbilovdan müvəqqəti olaraq idarə etmək üçün götürdüyü "Daimler Chrysler" markalı mikroavtobusla 30 oktyabr 2014-cü il tarixdə, saat 15.30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən binaların arasına gətirib. O, həmin yerdə qızla cinsi əlaqədə olub.
Daha sonra Peyman İbrahimov 2014-cü ilin noyabr ayının əvvəllərində, saat 16:00 radələrində Məlahəti Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Şüşə zavodunun yaxınlığına gətirib. Orada Məlahətlə həmin mikroavtobusun salonunda ikinci dəfə cinsi əlaqədə olub.
O, elə həmin ay Məlahət İbrahimovanı Sabunçu rayonu, Bülbülə qəsəbəsində yerləşən, tanışı Ceyhun Allahverdiyevin yaşadığı kirayə fərdi evə gətirib. O, orada Məlahətin razılığı ilə cinsi əlaqədə olub. Cütlük dekabr ayında da Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi"ndə yaşayan Kamil Rzayevin evində görüşüb.
Peyman İbrahimov 15 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Bu zorakılıq hərəkətləri barədə qız anasına danışıb. 15 yaşlı qızın valideynləri Peyman İbrahimovun barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Dekabrın 19-da Peyman İbrahimov həbs edilib.
Peyman İbrahimov Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlərin etmək) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Peyman İbrahimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
O, barəsində olan hökmün ləğv edilməsini, əməlinin Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsüf edilməsini istəyib.
Peyman İbrahimovun şikayəti Bakı Apelyasiya Məhkəməsində, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Hakim heyəti Peyman İbrahimovun apelyasiya şikayətini təmin etməyib.
Bundan sonra Peyman İbrahimov Ali Məhkəməyə kasasiya şikayəti verib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Peyman İbrahimovun kasasiya şikayəti təmin edilməyib. (Teleqraf.com)

scroll top