» » » Vəhhabilər azərbaycanlı şairi təhdid edib: "Gizli nömrədən.."

Vəhhabilər azərbaycanlı şairi təhdid edib: "Gizli nömrədən.."

Vəhhabilər azərbaycanlı şairi təhdid edib: "Gizli nömrədən.."

"Açığı şübhələndiyim heç kəs yoxdur. Çünki heç kəslə problemim yoxdur. Mən sadəcə, maarifçiliklə bağlı yazıram. Ümumi cəhaləti, saxtakar din xadimlərini tənqid etmişəm. Son vaxtlar isə ümumiyyətlə, az yazıram. 3-4 ay əvvələ qədər vəhhabiləri, Suriyaya döyüşməyə gedənləri, bölgələrdə üz-gözündən zəhrimar yağan qısabalaq, saqqallıları tənqid edirdim. O zamanlar mənə qarşı çox nadir hallarda təhdidlər gələrdi".

Bunu moderator.az saytına açıqlamasında tanınmış şair Cəlil Cavanşir bildirib. Qeyd edək ki, o, dünən özünün "facebook" səhifəsində təhdid olunması ilə bağlı status yazmışdı:
"Təxminən 15 gündür ki, sosial şəbəkələrdən, konkret İnstagram və Facebook-dan təhqir, təhdid və şantaj mesajları alıram. Əsasən gecə saatlarında gizli nömrədən zənglər gəlir. Zəng edənlər bəzən kişi, bəzən qadın olur. Asta səslə danışırlar. Adətən ya birbaşa söyürlər, ya da, tanıdığım şəxslərlə, doğmalarımla bağlı iyrənc ifadələr işlədirlər".
Cəlil Cavanşir açıqlamasında, bununla bağlı atacağı addımlardan qismən də olsa, danışıb:
"Hazırda nə baş verdiyini tam olaraq anlamıram. Artıq sosial şəbəkələrdə məni narahat edən adamları araşdırmağa başlayıblar. Bu sahəni yaxşı bilən dostlarımız 6 İP ünvanı vasitəsi ilə, həmin şəxslərin yaşadığı ünvanları da araşdırıq. Polisə də məlumat verilib. Amma ətraflı açıqlama vermək istəməzdim. Mən də bütün dostlarım da səbrlə araşdırmalarımızı davam etdiririk".

scroll top