» » » Məmur amansızcasına qətlə yetirildi

Məmur amansızcasına qətlə yetirildi

Məmur amansızcasına qətlə yetirildi

Meksikanın cənubunda yerləşən Oahaka ştatının Okotlan-de-Morelos bələdiyyəsinin sədri naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Ucarliyiq.biz report.az-a istinadən bildirir ki, yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, bir qrup şəxs avtomat silahdan qardaşı ilə nahar edən Xose Vilyanueva Rodrigesə atəş açıb.

Məmur aldığı güllə yaralarından hadisə yerində keçinib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Naməlum şəxslər hadisə yerindən qaçıblar, onların axtarışı gedir.

scroll top