» » » Bakıda qandonduran olay - 3 -cü sinif şagirdini oğurlayıb diləndirdilər, sonra...

Bakıda qandonduran olay - 3 -cü sinif şagirdini oğurlayıb diləndirdilər, sonra...

Bakıda qandonduran olay - 3 -cü sinif şagirdini oğurlayıb diləndirdilər, sonra...

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi, dünən saat 14.00 radələrindən itkin düşən Abbasov Amin Əbil oğlu tapılıb.

3-cü sinif şagirdi olan Amin AzNews.az-a onu dilənçilərin oğurladığını deyib: "Məni soyuqda diləndirdilər".

Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: "Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır".

scroll top