» » » 2 gün qalmış cəbhədə erməni təxribatının güclənməsi nəyə işarədir?

2 gün qalmış cəbhədə erməni təxribatının güclənməsi nəyə işarədir?

2 gün qalmış cəbhədə erməni təxribatının güclənməsi nəyə işarədir?

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Yeni il və dünya azərbaycanlılarının həmrəylik gününə 2 gün qalmış cəbhədə erməni təxribatının güclənməsi nəyə işarədir?
Hərbi ekspert Üzeyir Cəfərov, modern.az-a açıqlamasında bayram ərəfəsində belə bir təxribatın baş verməsinin gözlənilən olduğunu deyib.

"Bu, çoxdan planlaşdırılmışdı. Sadəcə, bunun reallaşdırılması üçün zaman yox idi. Həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin toplantısından qayıdan Serj Sarkisyan çox məyus idi. Məyusluq da Ermənistan rəhbərliyinə, cinayətkar dəstəsinə işğal olunmuş ərazilərdə deyil, məhz, Tovuz istiqamətində təxribatı həyata keçirmək üçün lazım idi. Ona görə də belə bir təxribata əl atdılar. ATƏT-in Minsk qrupu çox çalışırdı ki, ilin sonuna qədər iki ölkəni bir araya gətirsin. Amma alınmadı. Bir növ ATƏT qarşısında Ermənistanın götürdüyü öhdəlik yerinə yetirilməmiş kimi qaldı. Ona görə də onlar çalışırdılar ki, təxribat bir qədər geniş xarakter alsın".

Ekspertin sözlərinə görə, Azərbaycan heç bir halda ermənilərin təxribatına getməyəcək.

"İnanıram ki, vəziyyət səngiyəcək. Azərbaycan heç bir halda ermənilərin bu təxribatına getməyəcək və tez bir müddətdə d ə məsələ səngiyəcək. Ermənilər birinci dəfə deyil ki, belə təxribat həyata keçirirlər. Belə məsələlərdə diqqətli olmalıyıq. Bu, Ermənistan tərəfinin növbəti hiyləsidir. Onlar çalışırlar ki, Azərbaycan tərəfi təxribata uysun və buna da böyük dövlətlər münasibət bildirsin. Məqsəd budur".

scroll top