» » » Dəhşətli qəza — 5 gənc yanaraq öldü

Dəhşətli qəza — 5 gənc yanaraq öldü

Dəhşətli qəza — 5 gənc yanaraq öldü

Rustavidə qəzaya uğrayan avtomobildə partlayış baş verib, 5 gənc yanaraq ölüb.

Bu gün səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, BMW markalı avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.

Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

scroll top