» » » Səfirliyin binası yaxınlığında güclü YANĞIN - ölən var

Səfirliyin binası yaxınlığında güclü YANĞIN - ölən var

Səfirliyin binası yaxınlığında güclü YANĞIN - ölən var

Rusiyanın paytaxtı Moskvanın qərbində yerləşən Yaroslavl prospektində yerləşən iki mərtəbəli binada güclü yanğın çıxıb.
Yanğın nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, yanğının söndürülməsi 3 saata yaxın davam edib.
Yanğın bu gün səhər saat 08:45-də tamamilə söndürülüb. Yanğın binada 700 metrlik ərazini yararsız hala salıb.
Qeyd edək ki, bir sıra media orqanları yanğının Moskvanın Novinski prospektində yerləşən ABŞ-ın Rusiyadakı səfirliyi binasında çıxdığını yazıb. Ancaq Rusiyanın FHN-i yayılan bu xəbərləri təkzib edib.
Onu da bildirək ki, yanğın çıxan Yaroslavl prospekti ilə ABŞ səfirliyi yerləşən Novinski prospekti bir-birinə yaxın ərazidədir.

Mənbə: publika

scroll top