» » » "Nuray atasına verilməlidir!"

"Nuray atasına verilməlidir!"

"Nuray atasına verilməlidir!"

"Hesab edirəm ki, hüquqi və mənəvi müstəvidə bu məsələ araşdırılmalıdır".

Bu sözləri Milli Məclisin deputatı Musa Quliyev 10 yaşlı Nurayın məhkəmənin qərarı ilə atasına verilməsi zamanı baş verən xoşagəlməz olaya münasibət bildirərkən deyib.
Deputatın fikrincə, bütün hallarda üstünlük yenə də mənəvi müstəviyə verilməli və 10 yaşlı Nurayın xeyrinə qərar çıxarılmalıdır.

"Hüquqi müstəvidə baxanda qanun deyir ki, uşaq biyaloji valideyninə verilməlidir. Amma tam araşdırılmalı idiki uşaq niyə xalasının yanında qalır və atasının yanında niyə qalmaq istəmir? Hansı problemlər var? Bütün hallarda cəmiyyətin, bizim hörmətli millət vəkillərinin, jurnalistlərin, hüquq-müdafiəçilərinin bu məsələyə fəal mövqeyi məni sevindirir. Hesab edirəm ki, hammı kimi məndə Nurayın yanındayam. Əgər bütün dövlət qurumları bu məsələyə fəal müdaxilə edibsə məsələ Nurayın xeyrinə həll olunacaq".

M.Quliyev vurğulayıb ki, eyni zamanda biz qanunu da kənara qoymalı deyilik.

"Mən hakimləri, məhkəmə icraçılarını da bilərəkdən, bilməyərəkdən qınaya da bilmərəm. Amma qanun atanın tərəfindədir. Əgər ortada ali məhkəmənin qərarı varsa uşaq atasına verilməlidir və belə olan halda biz icraçılarıda çox şiddətli qınamalı deyilik. Əgər mənəviyyat cəhətdən uşağın maraqları ortaya çıxırsa buna başqa müstəvidəndə baxmaq olar. İstənilən halda mən zorun əleyhinəyəm. Xüsusən də qadına və uşağa qarşı. Hesab edirəm ki, bu məsələdə də ədalətli, obyektiv mövqey tutulmalı və çalışmaq lazımdır ki, istənilən halda uşağın göz yaşları axıdılmasın. Bütün hallda cəmiyyət, hökumətimiz uşağın yanınadır və bu da məni sevindirir"./unikal.org

Interesting facts scroll top