» » » Azərbaycanlı tanınmışla bağlı şok.... sələmə pul verirmiş - TƏFƏRRÜAT - YENİLƏNDİ

Azərbaycanlı tanınmışla bağlı şok.... sələmə pul verirmiş - TƏFƏRRÜAT - YENİLƏNDİ

Azərbaycanlı tanınmışla bağlı şok.... sələmə pul verirmiş - TƏFƏRRÜAT - YENİLƏNDİ

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanovun dələduzluqla üzləşməsi xəbərinin təfərrüatı məlum olub.
Məlumata görə, dələduzluqda adı hallanan Şəmsi Mirzə, tanınmış şair, "Yazıçı" Nəşriyyatının rəhbəri Şəmsi Vəfadardır.
Dələduzluğun təfərrüatına gəldikdə isə məlum olub ki, Şəmsi Vəfadar Rauf Aslanovdan həmin məbləği sələmə götürüb. Ş.Vəfadar tərəfindən götürülmüş sələmin ödənişləri edilsə də, valyutanın dəyişməsi və verdiyi sələm faizinin yüksək olması, məbləği daha da qabardıb. Əldə etdiyimiz məlumata görə, Rauf Aslanov uzun illərdir sələmçiliklə məşğuldur.
Bu cür hadisə isə, sələmə pul verdiyi şəxslərlə, aralarında baş verən və hüquqi müstəviyə qədər gedib çıxan təkrar haldır. (azxeber)
***
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın müşaviri, AYB-nin Mənzil Komissiyasının sədri Rauf Aslanov dələduzluqla üzləşib.
R.Aslanov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin aprel ayında və 2015-ci ilin fevral ayında 1969-cü il təvəllüdlü Şəmsi Mirzə onu aldadaraq müvafiq olaraq 30 min manat və 20 min ABŞ dollar pulunu alıb. Hadisə Səbail rayonunda qeydə alınıb.
R.Aslanov "Report"a açıqlamasında məlumatı təsdiqləyib, lakin açıqlama vermək istəmədiyini deyib.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: report

scroll top