» » » Təcili!"Sovetski"dəki güclü yanğında 1 nəfər öldü, 2 nəfər yaralandı

Təcili!"Sovetski"dəki güclü yanğında 1 nəfər öldü, 2 nəfər yaralandı

Təcili!"Sovetski"dəki güclü yanğında 1 nəfər öldü, 2 nəfər yaralandı

"Sovetski"də baş verən yanğın lokallaşdırılıb.
Yanğının tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib, daha bir bina sakini isə əlindən xəsarət alıb.
Yanğının söndürülməsi işləri davam etdirilir.

Qeyd edək ki, yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Hadisə yerində olan təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə:APA

scroll top