» » » Saqqal saxlamaq QADAĞAN OLUNDU

Saqqal saxlamaq QADAĞAN OLUNDU

Saqqal saxlamaq QADAĞAN OLUNDU

Çin dövləti Şərqi Asiya türklərinin yaşadığı Sintzsyan-Uyğur Muxtar Bölgəsində normalara uyğun gəlməyən saqqal saxlamağı qadağan edib.

Ucarliyiq.biz-ın istipress-ə istinadən verdiyi xəbərə görə, hökumətin saqqalla bağlı verdiyi yeni qərar aprelin 1-dən qüvvəyə minəcək.

Yeni qanuna görə, ictimai yerlərdə üz və bədəni tam bağlayan geyimlər geyinmək, ekstremizm atributları daşımaq qadağandır.

Hava limanı, dəmiryol stansiyaları, ictimai nəqliyyata tapşırıq verilib ki, belə sərnişinlər barədə polisə məlumat versinlər.

"Məqsəd dini ektremizmlə effektli mübarizə aparmaqdır", - deyə rəsmi Pekindən bildirilib.

scroll top