» » » "Mənimlə pula görə nişanlandı...ailəmi.... " - Bakıda şəmkirli qızın başına gələn QANDONDURAN OLAY

"Mənimlə pula görə nişanlandı...ailəmi.... " - Bakıda şəmkirli qızın başına gələn QANDONDURAN OLAY

"Mənimlə pula görə nişanlandı...ailəmi.... " - Bakıda şəmkirli qızın başına gələn QANDONDURAN OLAY

"Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov Abşeronun rəisinə zəng etdi ki,..."

Şəmkir rayon sakini Aslanova Aytəkin Alim qızı başına gələnlərlə bağlı Unikal.org-a danışıb. O, bildirib ki, anası Fatma Quliyeva vasitəsi ilə tanış olduğu və nişanlandığı Ramil Mustafayev dələduzluq yolu ilə onların pulunu mənimsəyib:

"2013-cü ilin avqust aytında Böyükşor qəsəbəsində stadion tikildiyi üçün söküntü ilə əlaqədar bizim də evimiz plana düşdü. Anamın işlədiyi yerin yaxınlığında tikiş sex işlədən Mustafayev Ramil Ədilxan oğlu bizim evimizin plana düşdüyünü və pul alacağımızdan məlumatlı idi. Bundan sonra bizimlə qohum olmaq istədilər. Mənimlə nişanlanacağını və ailə quracağını bildirmişdi. Valideyinlərimizinda bu işdə razılığı var idi.

Bir müddət sonra Ramil Anamla bankdan pulu götürüb onların evinə apardılar. Həmin pulun 32 min manatını verib dostunun xalası oğlu Nağıyev Gəraydan heç bir notarial sənəd, müqavilə olmadan, nəğd şəkildə pul verməklə bizə Xocasən qəsəbəsində ev adlılar. Ramil bizi arxayın etdi ki, heç bir problem ola bilməz. Bir neçə günə evi adımıza keçirəcəklərini söz verdilər. Üstündən xeyli müddət keçdi. Bizə heç bir sənəd verilmədi. Biz məcbur qalıb Gəray Nağıyevdən polisə şikayət etdik. O da bizi evdən çıxmağımız üçün məhkəməyə verdi. Gəray polisə verdiyi izahatında bizdən 31 min manat aldığını etiraf edib. Bir neçə məhkəmə prosesi oldu. Qətnamələr hamısı Gərayın xeyrinə çıxarıldı".

A.Aslanova iddia edir ki, Mustafayev Ramil dostunun xalasının əri Gəray Nağıyevin vasitəçiliyi ilə pulu mənimsəyib:

"Sonra biz çıxılmaz vəziyyətdə qalıb Ramilgilin evinə getdik. Bildirdik ki, bu məsələdə birbaşa iştirakçı olduğu üçün məsələni yoluna qoysun və bizim pulumuz geri qaytarılsın. Ramil bizdən polisə şikayət edərək ona xəsarət yetirdiyimizi yazdı. Ancaq belə bir hadisə olmamışdı. Mən ona heç bir xəsarət yetirməmişəm. Saxta ekspert rəyi alaraq mənim məhkəmədə 550 manat cərimə olunmağıma nail oldu.

Biz həmin evə 10 min manatdan çox xərc çəkdik. Vəkilimiz Fərzəli müəllim bizdən bu işin həlli olunması üşün 4 min manat nəğd pul aldı. Axırda o da işi yarımçıq qoydu və hazırda telefonlara cavab vermir.

Qardaşım hərbçidir, cəbhə bölgəsində hərbi hissələrin birində zabitdir.

Özüm Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun qəbulunda oldum. O, Abşeron polis idarəsinin rəisinə bizim məsələ ilə bağlı tapşırıq verdi. Rəisin qəbulunda da olduq. O, bizə pulumuzun qaytarılcağını və məsələnin həll olunacağını söz verdi, lakin vədinə əməl etmədi.

Hazırda məhkəmə bizim evdən çıxarılmağımızla bağlı qərar qəbul edib. Ancaq, biz o evi tərk etmək fikrində deyilik. Məhkəmədə bizim evə çəkdiyimiz xərcin hesablanması və bizə qaytarılması üçün ekspertizanın təyin olunması məqsədilə iddia qaldırmışıq. İddiamız təmin edilib".

Xanım şikayətçinin tələbi Nağıyev Gərayın onlardan aldığı 32 min manatın, evə təmir üçün xərclərdikləri 10 min manatdan artıq məbləğin geri qaytarılmasıdır: " Biz yalnız bu halda evi tərk edəcəyik.

Ramil Mustafayev və Gəray Nağıyevin başımıza gətirdiyi bəlalarda sonra anamın səhhətində ciddi problemlər yaranıb.

Aidiyyatı qurumlardan bu məsələnin həllində mənə yardımçı olmalarını xahiş edirəm. Gəray Nağıyev bütün imkanlarından istifadə etməklə məni susdurmağa çalışır ki, mən bu məsələ ilə bağlı şikayət etməyim".

Interesting facts scroll top