» » » Azərbaycanda dəhşətli intihar!Bu dəfə icra başçısının qaynı özünü asdı- FOTO

Azərbaycanda dəhşətli intihar!Bu dəfə icra başçısının qaynı özünü asdı- FOTO

Azərbaycanda dəhşətli intihar!Bu dəfə icra başçısının qaynı özünü asdı- FOTO

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Onu da qeyd edək ki, M. Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.

***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saat 6-da baş verib. Mərhumun 2 uşağı var.

scroll top