» » » Ermənistan DRAMatizmə, cəbhə qan "gölü"nə...

Ermənistan DRAMatizmə, cəbhə qan "gölü"nə...

Ermənistan DRAMatizmə, cəbhə qan "gölü"nə...

"Ermənistanda parlament seçkilərindən sonra orada hər hansı ciddi ictimai-siyasi dəyişikliklər gözləmirəm. Əvvəlki qüvvələr indi də hakimiyyətdə qalacaq. Sadəcə Ermənistanda bu seçkilərə görə özlərinin milli valyutasının - dramın dəyərdən düşməməsinin qarşısını süni yollarla alır, məzənnəni stabil saxlayırdılar. Lakin Ermənistanın real iqtisadi vəziyyətini nəzərə alsaq deyə bilərik ki, seçkilərdən sonrakı mərhələdə ölkədə ciddi devalvasiya olacaq".

Ucarliyiq.biz bildirir ki, bunu milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanda iqtisadi baxımdan xeyli mənfi proseslər baş verəcək: "Ermənistan iqtidarı hamıya vədlər verir ki, yaxşı olacaq. Amma onları nəinki gerçəkləşdirmək mümkün olacaq, əksinə, xeyli geriləmə müşahidə ediləcək".

R.Musabəyov hesab edir ki, parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin də Dağlıq Qarabağ probleminə münasibətində heç bir fərq olmayacaq: "Onsuz da danışıqlarda heç bir irəliləyiş yox idi. İndi də yenə həmin qüvvələr hakimiyyətdə qalacaq. Danışıqlar isə küt Edvard Nalbandyan və Serj Sarkisyanın nəzarətindədir. Yəni xarici amil olmadığı halda bu danışıqlarda da heç bir irəliləyiş gözləmirəm. Ancaq bu həm də o deməkdir ki, cəbhə xəttində gərginlik artacaq".

Xatırladaq ki, Ermənistanda aprelin 2-də keçirilmiş seçkilərinin nəticələrinə görə, parlamentdə 4 siyasi qüvvə - hakim Respublika pariyası, "Tsaruksyan" bloku, "Yelk"("Çıxış") bloku, Erməni İnqilab Federasiyası "Daşnaksutyun" təmsil olunacaq. Bu nəticələrə əsasən, parlamentdəki 105 deputat mandatından 58-i iqtidardakı Respublika partiyasına qismət olacaq ki, bu da ona hökuməti sərbəst şəkildə formalaşdırmaq imlanı verir. Qalan yerləri isə "Tsarukyan" blokuna (31 mandat), "Çıxış" blokuna (9 mandat) və "Daşnaksutyun"a (7 mandat) bölüşdürəcəklər.

Qeyd edək ki, Ermənistanda 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra keçirilən bu seçkilər prezident üsul idarəsindən parlament idarə üsuluna keçid addımı hesab olunur. Proporsional sistem əsasında formalaşan 107 deputatlıq parlament bundan sonra 7 illiyə prezidenti seçəcəklər. Prezident isə yeni konstitusiyaya görə, parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin etməlidir. Lakin bundan sonra əsas səlahiyyətləri prezidentin yox, məhz baş nazirin əlində cəmləşəcək. Prezident isə daha çox simvolik fiqur olacaq.

scroll top