» » » Son Dəqiqə: Sakinlər təhlükədə: Azərbaycanda körpü hər an uça bilər

Son Dəqiqə: Sakinlər təhlükədə: Azərbaycanda körpü hər an uça bilər

Son Dəqiqə: Sakinlər təhlükədə: Azərbaycanda körpü hər an uça bilər

Göyçay rayonu ərazisindən keçən Göyçay çayı gətirdiyi su ilə bərabər bir çox problemlərə səbəb olub.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, hər il yaz aylarında dağlardakı qarın əriməsi və yağan güclü yağışlar nəticəsində çayda suyun səviyyəsi qalxır, sel suları çayın yatağını yuyaraq genişləndirir. Son günlər yağan güclü yağışlar əmələ gələn sel suları Göyçay çayının yatağını xeyli genişləndirib, sahildəki əkin sahələrinə, meyvə bağlarına ziyan vurub. Sel suları Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsünün alt dəmir-beton dayaqları, eləcə də körpünün kənarındakı torpaq qatını yuyaraq təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Körpünün altındakı beton dayaqların bərkidilməsi üçün qabaqlayıcı tədbirlər görülməzsə sel suları tədricən körpünü dağıda bilər.

Seldən ziyan çəkən kənd sakinləri bildiriblər ki, çayda suyun artması onlara məxsus meyvə bağlarında və digər əkin sahələrində olan torpaq qatını yumaqla böyük uçqunlar törədib, çay yatağı genişlənərək həyətyanı sahələrə çatıb.

Sakinlərin sözlərinə görə, əvvəllər müəyyən yerlərdə çayın eni 50-60 metr idisə indi bu ərazi sel sularının dağıdıcı təsiri nəticəsində genişlənərək 1.6 kilometrə çatıb. Əvvəllər bir hektar torpağı olan kənd sakinləri indi selin yaratdığı fəsadlar səbəbindən torpağının yarısının yuyularaq yoxa çıxdığını bildirirlər.

Qeyd olunub ki, Göyçay çayının kənarlarında beton bəndvurma işləri aparılmasa, getdikcə yatağı genişlənən çayın suyu yaxın ərazilərdəki evlərə də təhlükə yaradacaq.

Sel suları meyvə ağaclarını aşırıb, tərəvəz sahələrini tələf edib.

Göyçay çayının sağ sahilindəki Potu, Ulaşlışıxlı, Çərəkə kəndlərinin, sol sahilindəki Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndlərinin sakinləri də tez-tez çayın gətirdiyi sel sularının törətdiyi fəsadlardan əziyyət çəkdiklərini açıqlayıblar.

Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, sakinləri narahat edən bu məsələdən xəbərdardırlar. Artıq bu problemlərin həlli üçün işlərə başlanılıb.

Interesting facts scroll top