» » » Son dəqiqə!"Sovetski"də məşhur məscid sökülür- sakinlər ayağa qalxdı - FOTOLAR

Son dəqiqə!"Sovetski"də məşhur məscid sökülür- sakinlər ayağa qalxdı - FOTOLAR

Son dəqiqə!"Sovetski"də məşhur məscid sökülür- sakinlər ayağa qalxdı - FOTOLAR

Kişilər və qadınlar binaya girərək söküntünün qarşısını almağa çalışır

Bakıda məscid sökülür.

Yasamalda "Sovetski" adlanan ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün ətrafına ağır texnika və polis əməkdaşları cəlb edilib. Məscidin söküntüsü ərazidə yaşayan sakinlərin böyük narazılığı ilə müşahidə olunur. Söküntüyə etiraz edənlər arasında qadınlar da var.

"Sovetski"nin bir qrup kişi sakinləri məscidin birinci, qadınlar isə ikinci mərtəbəsinə daxil olaraq, onun söküntüsünün qarşısını almağa çalışırlar. Məlumata görə, bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Hələlik sakinlərlə danışıqlar aparılır. Hadisəni işıqlandıran jurnalistlər isə ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərinə ötən il başlanılmışdı. Lakin etirazlardan sonra söküntü işləri dayandırılmışdı.


Interesting facts scroll top