» » » "Qara xəbər"i çıxan Əməkdar artist danışdı- "Mənə ölü kimi baxırlar"

"Qara xəbər"i çıxan Əməkdar artist danışdı- "Mənə ölü kimi baxırlar"

"Qara xəbər"i çıxan Əməkdar artist danışdı- "Mənə ölü kimi baxırlar"

"Məni küçədə görüb, qucaqlayıb, ağlayır. Bezmişəm, yorulmuşam camaata cavab verməkdən."

Ucarliyiq.biz bildirir ki, bunu aznews.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyeva özünün ölüm xəbərinə münasibətində deyib. O, bu məlumatı ona zərbə vurmaq üçün çıxardıqlarını bildirib:

Anam dünyasını dəyişib, özüm də xəstəyəm. Vəziyyətim də yaxşı deyil. Belə bir vəziyyətdə insanın ölüm xəbərini yazmaq nə dərəcədə normaldır? Saytlar şəkilimi qoyub, "Naibə Allahverdiyeva öldü", "son nəfəsidir", "can verir" və s. yazdılar. Şoka düşmüşdüm. Ordan-burdan mənə zəng edirlər.

Naibə Allahverdiyeva düşməninin olmadığını qeyd edib:

Mənim bir düşmənim var, o da erməni. Bunu istəmədiym adamlar yaza bilər. Amma mən öz millətimdən olan insanları düşmən hesab eləmirəm. İnsanları qınayıram. Sizin içinizdə niyə belə pis hisslər, kin-küdürət var? Niyə kiməsə ölüm arzulayırsınız? Ayıbdır. Onsuz da yasdaydım. Belə xəbərə ehtiyac yox idi. Mən kiməsə ölüm arzulamıram. Xəbər mənə çox pis təsir etdi. İnsanların baxışında qəribəlik var, mənə ölü kimi baxırlar.

scroll top