» » » Bakıda ikinci kurs tələbəsinin intiharının şok təfərrüatları

Bakıda ikinci kurs tələbəsinin intiharının şok təfərrüatları

Bakıda ikinci kurs tələbəsinin intiharının şok təfərrüatları

Dünən Bakı bulvarının ərazisində 23 yaşlı oğlanın özünü dənizə atması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Ucarliyiq.biz lent.az-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun Milli Aviasiya Akademiyasının 2-ci kurs tələbəsi olduğu müəyyən edilib.

Məlum olub ki, Nizami rayonunda yaşayan gənc səhərlər Binə qəsəbəsində yerləşən akademiyaya getməyə ərinirmiş və bu səbəbdən mütəmadi olaraq atası ilə mübahisə edirmiş. Dünən də həmin mövzuda mübahisə yaranıb və atası İlhamı zorla yuxudan qaldıraraq dərsə yola salıb. Tələbə oğlan isə dərsə deyil, bulvara gəlib və "Yaxt klub"un yaxınlığında özünü dənizə atıb. O, təcili tibbi yardım maşını ilə 1 saylı şəhər xəstəxanasına aparılıb.

scroll top