» » » Son dəqiqə!Bakıda bina UÇDU -"2 nəfər öldü, 4 nəfər..."-SİYAHI - YENİLƏNİB - FOTOLAR

Son dəqiqə!Bakıda bina UÇDU -"2 nəfər öldü, 4 nəfər..."-SİYAHI - YENİLƏNİB - FOTOLAR

Son dəqiqə!Bakıda bina UÇDU -"2 nəfər öldü, 4 nəfər..."-SİYAHI - YENİLƏNİB - FOTOLAR

18:12

Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub.

Hadisə nəticəsində ölənlər 1983-cü il təvəllüdlü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.

-------------

17:30

Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzində baş vermiş uçqun hadisəsilə bağlı cinayət işi başlanıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Səbail rayon prokurorluğundan məlumat verilib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün baş vermiş uçqun nəticəsində dağıntılar altından 2 meyit çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 1-ə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

------------

17:16

Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.

Ucarliyiq.biz report.az-a istinadən bildirir ki, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı ilə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.

-------------

16:43

Bakıda binada baş verən uçqun hadisəsi zamanı ölən və yaralananların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, paytaxtın Səbail rayon Şıx qəsəbəsində, "Green City" istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

--------------

16:35

Bakı şəhərində bina uçub.

Milli.Az xəbər verir ki, paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, "Green City" istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

Mənbə: APA

scroll top