» » » SON DƏQİQƏ!Bakıda dağıntıları altında qalan 3 nəfərin adları açıqlandı

SON DƏQİQƏ!Bakıda dağıntıları altında qalan 3 nəfərin adları açıqlandı

SON DƏQİQƏ!Bakıda dağıntıları altında qalan 3 nəfərin adları açıqlandı

Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.

"Report"un xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı ilə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.

Nazirlikdən o da qeyd olunub ki, hadisə yerində 6 nəfər olub: "Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib".

scroll top