» » » Bağçada biabırçılıq!"Mənim pulumu gətir, 200 manat, 15 manat da fond pulu"

Bağçada biabırçılıq!"Mənim pulumu gətir, 200 manat, 15 manat da fond pulu"

Bağçada biabırçılıq!"Mənim pulumu gətir, 200 manat, 15 manat da fond pulu"

Ucarliyiq.biz bildirir ki, Big.az-ın redaksiyasına Məmmədova Xatirə ad-soyadlı oxucu şikayət məktubu ünvanlayıb.

Şikayət məktubu M.Xatirənin iki oğlunun getdiyi 16 saylı uşaq bağçasının müdirindəndir:

"Mən iki oğlumu - Məmmədov İsgəndər və Məmmədov İlhamı artıq üç ilə yaxındır ki, dövlətin nəzdində fəaliyyət göstərən 16 saylı uşaq bağçasına qoymuşam. Uşaqlarımın bu bağçaya qəbul olunması üçün müdir Yeganə Kərimova məndən hər uşağıma görə 100, ümumilikdə 200 manat alaraq qəbul etmişdi.

Uşaqlarım bu bağçaya qəbul olunan gündən, məndən hər ay "fond pulu" adı ilə 15-20 manat pul alırlar.

Bağçanın vəziyyəti bərbad gündədir, anti-sanitariya qaydalarına əməl olunmur. Bu azmış kimi, müdir Yeganə Kərimova məni hər kəsin qarşısında biabir edib. O, ötən gün məndən soruşdu ki, niyə bu ayın pulunu gətirməmisən? Mən də cavabında dedim ki, Yeganə xanım, qanuna qalsa, məndən pul tələb olunmamalıdır. Çünki bura dövlətin uşaq bağçasıdır.
Yeganə xanım isə üstümə qışqıraraq, dedi ki, narazısansa get, ürəyin hara istəyir, şikayət elə bu uşaq bağçası mənimdir. Bu sözlərdən sonra uşaqlarımı da götürüb, ağlaya-ağlaya evimizə gəldim, artıq nə edəcəyimi bilmirəm. Ümid edirəm ki, saytınız vasitəsilə Yeganə Kərimovanın bu hərəkətlərini araşdırıb, qanuni tədbir görərlər".

Məsələ ilə əlaqədar sözügedən məktəbəqədər tərbiyə müəssisəsinin müdiri ilə əlaqə saxladıq.

Nəsimi rayonu, Alı Mustafayev küçəsi 39 ünvanında yerləşən 16 saylı uşaq bağçasının müdiri Rəna Kərimova BiG.AZ-ın əməkdaşı ilə söhbətində şikayətin əsassız və yalan olduğunu dedi. Xatirə Məmmədovanın söylədiklərini qərəzli adlandırdı:

"O, nəyin əsasında məndən şikayət edib? Demişəm ki, uşağını qalın geyindirmə, ona görə? Uşaqlar bağçaya 09:00-da gətirilməlidir. O, isə uşaqlarını gec gətirir. Demişəm ki, uşaqları bağçaya saat 10-da yox, vaxtında gətir. Soruşmuşam ki, işə gecikəndə, rəhbərlik səndən tələb etmir ki, vaxtında gəl?!

Orada-burada deyir ki, ondan rüşvət almışam. Mən kimdənsə rüşvət almağı vicdanıma sığışdırmaram. Bu boyda vicdansızlıq, şər-böhtan olmaz axı?! Allah almışamsa mənim, almamışamsa, onun bəlasını versin! Özü "Semaşko"da (1 saylı Şəhər Kliniki Xəstəxanası-red) cərrahiyə şöbəsində işləyir. Peşəsindən irəli gəldiyi üçün insanlara hədə-qorxu gəlir. Onun uşaqları hazırda bağçaya gəlir.

Xatirə Məmmədova ilə söhbət eləmişəm ki, bu nə söhbətdir? Deyir ki, siz mənə deyəndə ki, uşaqları qalın geyindirmə, mənim acığıma gəldi.

Deməli, söhbət belə olmuşdu, 10 gün bundan əvvəl günorta idi, gördüm ki, Xatirə bağçanın həyətindədir. Soruşdum ki, burda nə gəzirsən? Dedi ki, nahar vaxtıdır, gəldim, uşaqlara baş çəkim. Baxdım ki, uşaqları çox qalın geyindirib. Dedim ki, bunları niyə belə qalın geyindirmisən, hava da istidir? Sonra da əlavə etdim ki, bəs uşağı belə qalın geyindirəndə xəstələnəcək də. Bu sözləri də ona görə dedim ki, onun ailəsi, daha doğrusu, Xatirənin babası, rəhmətlik İsgəndəri tanıyıram. Ərkyana dedim, yoxsa nəyimə lazımdır, istəyir lap uşaqları "şuba" ilə gəzsinlər".

Mövzunu davam etdirəcəyik.

Aysel.Ş

Interesting facts scroll top