» » » Azərbaycanda ürəkdağlayan hadisə!"Gəlnimiz bizi evə buraxmır, günlərdir küçələrdə yatırıq" +FOTO

Azərbaycanda ürəkdağlayan hadisə!"Gəlnimiz bizi evə buraxmır, günlərdir küçələrdə yatırıq" +FOTO

Azərbaycanda ürəkdağlayan hadisə!"Gəlnimiz bizi evə buraxmır, günlərdir küçələrdə yatırıq" +FOTO

Günlərlə küçələrdə yatdığını deyən ər-arvad aparıcı Xoşqədəm Baxşəliyevanın " Bizə danış verilişinə" müraciət edərək qocalar evinə yerləşmək istədiklərini dilə gətirib.

Ucarliyiq.biz-ın məlumatına görə, verilişə çıxan ata-ananın oğlunun evi ola-ola qocalar evində yerləşmək istəmələrini dilə gətirməsi auditoriya və verilişin ekspertləri tərəfindən birmənalı qarşılanmayıb.

"Bir qızım bir oğlum var. Oğlum bir otaqlı rayonda evi var. Təzə ailə həyatı qurub gedib onun evinə sığışa bilmərik. Qızım da ailəlidir kirayə qalır. Həyat yoldaşım yetim qızdır, heç kim istəmir. Mənim bacım, qardaşım da evləri də var, amma onlara gedib yük olmaq istəmirik. Bizi qocalar evinə yerləşdirin. Bilirik ki, oğlumun evinə getsək də gəlnimiz bizi qəbul etməyəcək. Günlərdir küçələrdə yatırıq, bizi qocalar evinə yerləşdirin".

Qeyd edək ki, ər-arvadın bu sözləri ictimaiyyətdə böyük rezonans doğurub.

Mehrim Nəzərova

scroll top