» » » "Çağırış etsən ki, ay camaat, toylarda lüləkababa əlinizi vurmayın, hər yerdən üstünə töküləcəklər" - Fazil Mustafa

"Çağırış etsən ki, ay camaat, toylarda lüləkababa əlinizi vurmayın, hər yerdən üstünə töküləcəklər" - Fazil Mustafa

"Çağırış etsən ki, ay camaat, toylarda lüləkababa əlinizi vurmayın, hər yerdən üstünə töküləcəklər" - Fazil Mustafa

Millət vəkili Fazil Mustafa insan sağlamlığına zərər vuran məhsulların satışına münasibət bildirib.

Ucarliyiq.biz xəbər verir ki, Fazil Mustafa bu barədə bunları qeyd edib:

"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Binəqədi rayonunda tərkibi qida üçün yararsız olan kolbasaları satan Nicat Babaşi və Vüqar Səlimov adlı vətəndaşları saxlayıblar. Ədliyyə nazirliyinin Ekspertiza Mərkəzi də bu məhsulların qida üçün yararsız olması barədə rəy verib. Belə anlaşılır ki, bu kolbasalar leş ətlərdən hazırlanıb. Yəni həmin kolbasaların hazırlanması zamanı at, it, eşşək, ölmüş xəstə mal-qara, hətta caynaqlı heyvanların ətlərindən istifadə edildiyi istisna deyil.

Daxili İşlər Nazirliyinin bu istiqamətdə bütün qətiyyətli addımlarını dəstəkləyirəm. Bununla belə, düşünürəm ki, burada bəlkə də ən az suçu olan satıcılardır. Əsas sifarişçilərin və istehsalçıların aşkara çıxarılmasıdır. Bu məsələdə bütün ictimaiyyət polis əməkdaşılarına köməklik göstərməlidirlər. Ölkədə yayğınlaşan sağalmaz xəstəliklərin bir səbəbini də burada axtarmaq lazımdır. Bu adamlara qarşı hansı tədbirlər görülməsini müəyyənləşdirməkdə hələ də çətinlik çəkirəm.

Çində, Koreyada bilinən hansısa ictimai cəza növü varmı? Məsələn həbsə göndərməzdən öncə bu işdə cinayət əməli sübuta yetirilmiş sifarişçi, istehsalçı və satıcılara leş formasında olan it, at və ya eşşək ətini yedirdib televiziyadan canlı yayınla vermək olmazmı? Kənd təsərrüfatı nazirliyi bildirib ki, 70 ton bu cür ət məhsulu ötən il dövriyyədən çıxarılıb. Bəs çıxarılmayan hələ gör nə qədər yoxlanmamış qida məhsulu var? İndi durub çağırış etsən ki, ay camaat, dönər yeməyin, toylarda, restoranlarda lüləkababa əlinizi vurmayın, mənşəyi bəlli olmayan su və spirtli içkiləri içməyin, hər yerdən üstünə töküləcəklər ki, niyə biznesimizi öldürürsünüz? Bəs sizlər kimlərinsə himayəsinə arxayın olaraq bu xalqı leş ətləri ilə açıq-aşkar öldürürsünüz, o zaman hansı yol tapaq ki, özbaşınalığın qarşısını alaq?"

Interesting facts scroll top