» » » Azərbaycan telekanalında böhran dərinləşdi - İşçilər pulsuz nahardan da məhrum edildi

Azərbaycan telekanalında böhran dərinləşdi - İşçilər pulsuz nahardan da məhrum edildi

Azərbaycan telekanalında böhran dərinləşdi - İşçilər pulsuz nahardan da məhrum edildi

Ötən mövsümdən Azərbaycan Premyer Liqasının yayım hüququna sahiblənən "CBC Sport" kanalı ölkənin ən məhşur şərhçiləri ilə də əməkdaşlığa başlamışdı.

Ucarliyiq.biz xəbər verir ki, tezliklə böyük kollektiv yığan kanalda qışdan bəri maddi problemlər yaşanmağa başlayıb. Artıq telekanalda çox az sayda şərhçinin qaldığını deyə bilərik.

Orada çalışan işçilərin çoxu "CBC Sport"dakı vəziyyətdən narahatdır. 3 aydır maaş üzünə həsrət qalan əməkdaşlar yavaş-yavaş telekanaldan ayrılmaq istəyinə düşüblər.

Qeyd edilir ki, bir neçə aydır, işçilərə təklif edilən pulsuz nahar yeməkləri də ləğv edilib.

Hətta əməkdaşlar arasında gəzən söz-söhbətə görə, kanal rəhbərliyi Premyer Liqa və Azərbaycan Kubokunun final oyunu bitdikdən sonra operatorları öz hesablarına məzuniyyətə göndərmək niyyətindədir. Bununla bağlı təkliflər də hazırlanıb.

Məsələ ilə bağlı "CBC Sport"un baş direktoru Volkan Üstlə danışdıq. Kanal rəhbəri "Qafqazinfo"ya açıqlamasında bunları deyib: "Yazılanlar və deyilənlər həqiqəti əks etdirmir. Maddi durumumuzda şişirdiləcək qədər problemlər yoxdur".

Xatırladaq ki, Volkan Üst daha öncə verdiyi müsahibəsində kanalın icarəyə götürdüyü 2 PTS-dən birini Türkiyəyə geri göndərdiklərini bildirmişdi:

"O PTS-i göndərdiyimiz üçün bəzi işçilərimizlə yollarımız ayrıldı. Bu işdən çıxarılma kimi görünsə də, əslində işimiz üçün etdiyimiz dəyişikliklərdir. Şirkət olaraq hər şey öz yerindədir. Sadəcə iqtisadi tədbirlərimizi davam etdiririk".

scroll top