» » » 4 qardaş bacılarını öldürdü: "Namusumuzu təmizlədik"

4 qardaş bacılarını öldürdü: "Namusumuzu təmizlədik"

4 qardaş bacılarını öldürdü: "Namusumuzu təmizlədik"

Ankarada yol kənarında 6 güllə yarası almış cəsədi tapılan Özləmin adət-ənənə cinayətinə qurban getdiyi ortaya çıxıb. Qatili olan 4 qardaş (Ersin (37), Erol (32), Ferhat (25) və Yasin Aykutluğ (29)) "Kişilərlə gəzir" dedi-qodusundan sonra məclisinin "edam qərarı" verdiyini etiraf edib.

Bacılarını öldürən Ersin, Erol, Ferhat və Yasin Aykutluğ ifadələrində: "Ailəmizin şərəfinə ləkə saldı, namusumuzu təmizlədik, peşman deyilik", - deyiblər. Təqsirkarlar polis şöbəsində dindirilmədən sonra məhkəmənin qərarı ilə həbs ediliblər.

Qardaşlar Özləmi "səni İstanbula aparırıq" deyərək aldadıb evdən çıxarıblar. Onu da qeyd edək ki, 35 yaşlı Özləmin 2 övladı var./milli.az

scroll top