» » » Bakıda erməninin məhkəməsi başlayır

Bakıda erməninin məhkəməsi başlayır

Bakıda erməninin məhkəməsi başlayır

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə həmin məhkəmənin hakimi Samir Əliyev sədrlik edəcək.

Məhkəmə prosesi aprelin 26-da keçiriləcək.

Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: "Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib".

Interesting facts scroll top