» » » Ceyhun Osmanlıya yeni vəzifə verildi

Ceyhun Osmanlıya yeni vəzifə verildi

Ceyhun Osmanlıya yeni vəzifə verildi

Keçmiş deputat Ceyhun Osmanlı Odlar Yurdu Universitetində dərs deməyə başlayıb.

Ucarliyiq.biz xəbər verir ki, sabiq deputat modern.az-a məlumatın doğru olduğunu bildirib:

"Mən akademik fəaliyyətdən uzaqlaşmamışam. Hazırda təhsil sahəsində fəaliyyətim davam edir. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bir neçə yerli və xarici universitetlə təhsil proqramları çərçivəsində əməkdaşlıq edirəm. O cümlədən Odlar Yurdu Universiteti ilə əməkdaşlıq edirəm. Odlar Yurdu Universiteti ilə də bir neçə proqramımız var. Onların üzərində işləyirik".

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev də Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirib:

"Ceyhun müəllim iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, universitetdə beynəlxalq proqramlarla məşğuldur. Həmçinin, tələbələrə mühazirələr oxuyur və dərs də deyir. Ceyhun müəllim bir aydan da az müddətdir ki, universitetdə işləyir. Biz gənclərlə işləməyi bacaran insanları universitetimizə dəvət edirik. Onların bilik və bacarıqlarından yararlanmağa tələbələrimizin çox böyük ehtiyacı var".

scroll top