» » » "Canlı bomba" tutuldu - Çeçenistandan gələn TƏHLÜKƏ - FOTO

"Canlı bomba" tutuldu - Çeçenistandan gələn TƏHLÜKƏ - FOTO

"Canlı bomba" tutuldu - Çeçenistandan gələn TƏHLÜKƏ - FOTO

Türkiyəni qana bulamağa hazırlaşan "canlı bomba" yaxalanıb.

Ucarliyiq.biz istipress-ə istinadən xəbər verir ki, Qaziantepdə hücuma hazırlaşan İŞİD üzvü yaxalanıb. Terrorçu terror törətmək üçün Suriyadan Türkiyəyə keçməyə çalışarkən yaxalanıb.

Terrorçu barədə polisə kəşfiyyat məlumatı daxil olub. Bundan sonra sərhəddə təhlükəsizlik gücləndirilib. Onların aprelin 3-də ölkəyə daxil olacağı bəlli olub.

Polis aralarında uşaqların da olduğu 18 nəfərlik qrupu saxlayıb. Qrupun arasında olan 29 yaşlı Çeçenistandan olan gənc tutulub. İŞİD-li terrorçunun üzərindən 2 əl bombası, terrorçu kəməri formasında 750 qramlıq C4 patlayıcısı ələ keçirilib.

D.G terror təşkilatının təlimatı ilə Raqqadan gəldiyini, Qaziantepə gedərək bombalı hücum hazırlığında olacağını deyib.

Interesting facts scroll top