» » » BMT-nin iclasında QALMAQAL: Rusiya nümayəndəsi britaniyalını tənqid etdi

BMT-nin iclasında QALMAQAL: Rusiya nümayəndəsi britaniyalını tənqid etdi

BMT-nin iclasında QALMAQAL: Rusiya nümayəndəsi britaniyalını tənqid etdi

"Bundan belə Rusiyanı aşağılamağa cürət etmə! Qorxmusunuz, yuxunuz qaçıb ki, Suriya məsələsində Birləşmiş Ştatlarla əməkdaşlıq edəcəyik. Siz bundan qorxursunuz! Mənə bax, gözlərini yayındırma. Hara baxırsan?!"

Milli.Az Reuters-ə istinadən bildirir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov bu gün Təhlükəsizlik Şurasının iclasında Britaniyanın daimi nümayəndəsi Mettyu Raykroftu sərt tənqid edib.

Suriyada kimyəvi silahın tətbiq olunması məsələsinin müzakirəsi zamanı M.Raykroft deyib ki, Rusiya BMT TŞ-də veto hüququndan sui-istifadə edir və Suriya prezidenti Bəşər Əsədin rejimini dəstəkləyir.

V.Safronkov onu da vurğulayıb ki, M.Raykroft BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın fəaliyyətinə maneələr yaradır, siyasi prosesin inkişafına imkan vermir.

scroll top