» » » Şirvanda da avtoqəza - Yaralanan var

Şirvanda da avtoqəza - Yaralanan var

Şirvanda da avtoqəza - Yaralanan var

Şirvan şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Elxanbulaq adlanan ərazisində qeydə alınıb. Belə ki, mikroavtobusun "Jiquli" markalı avtomobillə toqquşması nəticəsində Şirvan şəhər, Məmməd Əmin Rəsulzadə küçəsində yaşayan, 41 yaşlı Elxan Fikrət oğlu Eyvazov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Interesting facts scroll top