» » » Bu ərazilərdə çirkab sular Xəzərə axıdılır-Nazirlikdən rəsmi açıqlama

Bu ərazilərdə çirkab sular Xəzərə axıdılır-Nazirlikdən rəsmi açıqlama

Bu ərazilərdə çirkab sular Xəzərə axıdılır-Nazirlikdən rəsmi açıqlama

Bu ərazilərdə çirkab sular Xəzərə axıdılır-Nazirlikdən rəsmi açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sahil boyunca, Xəzər dənizində və ətraf ərazilərdə çimərlik turizmini əhatə edən sahələrin çirklənmə səviyyəsini, dinamikasını, ortaya çıxardaraq aidiyyatı təşkilatların qarşısına qoyub. Bu barədə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qənbərov məlumat verib.

M. Qənbərov deyib ki, Ekologiya və Təbii Sərvətləri Nazirliyi çimərlik turizminin inkişafı ilə bağlı vəziyyəti təhlil edib. Məlum olub ki, öncə ekoloji problem həll edilməlidir: " Hazırda turizm çimərliyi üçün seçilmiş ərazilərə məişət tullantılarının axıdılması problemi var. Çirkab suların dənizə axıdılmasının qarşısını almaq üçün əvvəlcə bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi çəkilməlidir. Tullantı suları öncə düşməlidir mərkəzləşmiş kanalizasiya şəbəkəsinə. Ümumiyyətlə mərkəzləşmiş kanalizasiya şəbəkəsi yaradılmalı, bu infrastruktur qurulmalıdır. Həmçinin təmizləyici qurğular inşa olunmaldır. Biz bu baxımdan bütün məsələləri mərkəzi icra hakimiyyəti orqanı qarşısında bölüşdürdük. Bakı-Abşeron yarımadasında çirklənməyə məruz qalan ərazilər Ələtdən-Şıxova qədər ərazidir. Götürülən analizlər üzərində aparılan ekotoksikoloji, mikrobioloji, kimyəvi, fiziki analizlər o ərazilərdə çirklənmə mənbələri olduğunu üzə çıxardıb. Bu zonada suların bu və digər pathogen elementləri ilə çirklənməsi davam edir. Türkan istiqamətindən Pirallahı və Dübəndi istiqamətində də, nisbətən az çirklənmə mənbələri var. Bura ikinci çirklənmə zonası hesab edilir. Nisbətən yaxşı, pathogen ekobiologiyası normal olan ərazilər isə Dübəndidən, yəni, Şüvəlandan başlayaq Novxanı da daxil olmaq şərtilə olan ərazi hesab olunur. Sumqayıt ərazilərində də, Sumqayıt, Nasosnu, Tağıyev qəsəbəsinin ətrafında sahilboyu çirklənmiş ərazilər mövcuddur. Xaçmaz rayonunda da çimərlik ərazisində patogen elementlərin, zərərli maddələrin qatılıqları normadan yuxarıdır".
Sektor müdiri deyir ki, Xəzər dənizinin çirklənmə elementini iki yerə bölmək olar: "Birinci əsas səbəb təsərrüfat və məişət tullantı sularıdır. Hansı ki, bilavasitə kanalizasiya şəbəkəsi olmayan ərazilərdə əmələ gələn təsərrüfat mənşəli tullantı suları birbaşa dənizə axıdılır. Yaxud da mövcud olan kanallara, çaylara axıdılaraq son toplama yeri Xəzər dənizi olur. İkinci səbəb isə, sənaye mənşəli tullantı sularıdır. Sənaye mənşəli tullantı suları reqlamentin pozulması və yaxud hər hansı qəza ilə bağlı su axarlarına axıdılır. Tullantı sularının tərkibində sənaye xarakterli, sənaye istehsalat müəssisələrinə aid olan zərərli maddələr demək olar ki, yoxdur. Əlbəttə, söhbət Xəzər dənizinə axıdılandan gedir".
M. Qənbərov deyir ki, araşdırmalar zamanı o da üzə çıxıb ki, Abşeron yarımadasında və adıçəkilən ərazilərdə tullantı sularının dənizə axıdılmasının qarşısı alınmayıb.
Sektor müdiri deyir ki,daha az çirklənməyə məruz qalan ərazi, bu gün Şüvəlan Novxanı istiqamətidir: "Bu ərazilərdə dənizə istiqmaətlənmiş tullantı sularının kəmiyyəti, keyfiyyət göstəriciləri digər ərazilərlə müqayisədə azdır. Eyni zamanda qeyd etdiyim ərazi ən yaxşı çimərlik zonalarıdır.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Movqe.az-a bilridib ki, Xəzərə axıdılan çirkab suların qarşısını almaq üçün, Bayıl-Bibiheybət-Lökbatan 14 kilometrdən artıq kanalizasiya kollektoru tikilib: "Şıxov çimərlik ərazisindəki bütün obyektlər və evlər həmin kanalizasiya kollektoruna qoşulmaqla çirkab suların dənizə axıdılmasının həcmi kifayət qədər azalıb. Novxanıdan Sumqayıtadək kollektor tikilib. Bununla da, Novxanı, Corat yaşayış massivləri, Sumqayıt çirkab su təmizləyici qurğuya yönləndirilib. Bakı Buxtasında da bununla bağlı böyük işlər görülüb. Bu gün Bakı Buxtasına heç bir kanalizasiya suları qarışmır. O sular toplanaraq Hövsana yönəldilir, oradan da təmizlənir".
Amma qurumun sözçüsü həllini gözləyən işlərin də olduğunu bildirdi: "Bununla belə Bakıətrafı bəzi qəsəbələrdə tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması halları mövcuddur. Ötən il biz podrat müqaviləsi imzaladıq. Pirşağıda iri tullantı su təmizləyici qurğunun tikintisi üçün hazırlıqlar başa çatmaq üzrədir. Bunun üçün tikinti yeri hazırlanıb. Yaxınlarda işlərə başlanacaq. Pirşağı istiqamətində bir hissədə kanalizasiya kollektorunun inşası davam etdirilib, digər hissədə də davam etdirilərək o tullantı suları həmin qurğuya yönləndiriləcək.Master planda var ki, Bakı-Abşeron yarımadasında Xəzərətrafı zonada 11 ədəd tullantı su təmizləyici qurğunun tikintisi və yenidənqurulması layihəsi icra olunmalıdır. Lökbatanda yeni su təmizləyici qurğu tikməyi planlayırıq. Sahil qəsəbəsində mövcud mexaniki qurğunun bioloji qurğuya çevirmək, Ələt qəsəbəsində, Hövsanın yenidən qurulması işləri planda var. Ümumiyyətlə Sumqayıtdan Ələtə, Xəzər sahilənədək 11 su tımizləyici qurğunun tikilməsi, yenidən qurulması həcminin artırılması və tikintisi layihələndirilib".
Həmsöhbətimiz də etiraf edir ki, təmizləyici qurğularının tikilməsi ilə iş bitmir: "Bu gün Bakıətrafı qəsəbələrin çoxunun kanalizasiya şəbəkəsi yoxdur. 7 min kilometrə yaxın Abşeron yarımadasında kanalizasiya və yağış suları xətlərinin inşası master planda öz əksini tapıbdır. Amma bunlar hamısı investisiyaya bağlı məsələlərdir. Nabranda da Xaçmaz rayonunda da kredit hesabına işlərə başlamışıq. Bu rayonda sutkada 70 min kub metr təmizləyici qurğu tikilib istifadəyə veriləcək. Bu təkcə Xaçmazın yox, eyni zamanda Quba, Qusarın çirkab suların da həmin qurğuda təmizləmək imkanı verəcək. Siyəzən və Şabranda da bu qurğular tikilir. Bizim layihəmizdə var ki, Xızıda da bu işlər görülsün ki, Xızının çirkab suları çaylar vasitəsilə dənizə axıdlmasın".
Qeyd edək ki, "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncama əsasən Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə görüləcək işlərdən biri də, ətraf mühiti mühafizə tədbirləridir. /movqe.az

scroll top