» » » Qardaşı oğlu yanan maşının Kəbirə Məmmədovaya aid olduğundan DANIŞDI: "Sürücü qonşumuzdur, o avtomobil..."

Qardaşı oğlu yanan maşının Kəbirə Məmmədovaya aid olduğundan DANIŞDI: "Sürücü qonşumuzdur, o avtomobil..."

Qardaşı oğlu yanan maşının Kəbirə Məmmədovaya aid olduğundan DANIŞDI: "Sürücü qonşumuzdur, o avtomobil..."

Bu gün səhər Zığ yolunda baş verən dəhşətli qəza ilə bağlı maraqlı məqamlar əldə edilib.
Səhər saatlarında baş verən və 3 nəfərin maşında yanaraq ölməsi ilə nəticələnən dəhşətli qəzanın sual doğuran məqamları var. Hazırda qəzanın hansı şəraitdə baş verdiyi, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Davam edən araşdırmalar nəticəsində məlum olub ki, hadisə zamanı yanan 10 AX 002 nömrəli "VAZ-2104" markalı avtomobil məşhur iş adamı, "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan "Kəbir Məmmədova Klinikası"na məxsus olub.
Hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya verilən məlumata görə, ilkin araşdırmalarla "VAZ-2104"ün sürücüsünün Gülağa Quliyev adlı şəxs olduğu məlum olub. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.
Ucarliyiq.biz məsələ ilə bağlı Kəbirə Məmmədova ilə əlaqə saxlmağa çalışıb.

K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov saytımıza açıqlamasında bildirib ki, "VAZ-2104"-ün sürücüsü Gülağa Quliyev mənim qonşumdur.

"Şəkilləri yayılan "Mercedes" markalı maşın və nömrə də mənim əvvəlki avtomobilim olub. Maşını satandan sonra nömrənin Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. K.Məmmədovanın bu məslə ilə bağlı əlaqəsi yoxdur. Adı çəkilən klinika bizimdir. Bu məsələnin bizimlə nə əlaqəsi var? Avtomobil qanuni sənəddə Gülağaya aiddir. Nömrə də sənədləşdirmədə onun adındadır. Lakin maşın şirkətin balansındadır.. Klinika hazırda təmirdədir".

V.Məmmədov əlavə edib ki, G.Quliyev bizim qapı-bir qonşumuzdur, 1973 təvəllüdlüdür. Ata –anası vəfat edib. İki qızı var. Ailəsinin hadisədən məlumatlıdır. Hazırda cəsədi morqdan götürüblər. Şüvəlana gətirirlər. Bir saat sonra dəfn olunacaq. O bizim yaxın qonşumuzdur. Allahın köməyi ilə nə lazımdır kömək edəcik.

Aysel Kərimova

scroll top