» » » RÜSVAYÇILIQ!Əmisi oğlunun qaçırıb bir ay zorladığı 14 yaşlı qız: "Atam verdi ki, apar"

RÜSVAYÇILIQ!Əmisi oğlunun qaçırıb bir ay zorladığı 14 yaşlı qız: "Atam verdi ki, apar"

RÜSVAYÇILIQ!Əmisi oğlunun qaçırıb bir ay zorladığı 14 yaşlı qız: "Atam verdi ki, apar"

Diyarbəkirdə 14 yaşlı əmisi qızı B.E.-ni qaçırıb, bir ay zorlayan 34 yaşlı H.E.-yə 14.5 il həbs cəzası verilib.

Evli olan H.E. ilə öz istəyi ilə qaçdığını ifadə edən B.E. atasının onu başlıq pulu qarşılığnda biri ilə evləndirmək istədiyini söyləyib. Yenidən ifadəsi alınan zərər çəkmiş B.E. "Atam məni əmim oğlu H.E.-yə verərək, "Al apar" dedi. H.E. də məni Hani mahalında bir kəndə apardı. Burada dini nikah bağlamağımızı istədi. Mən qəbul etməyincə, məni döyərək cinsi əlaqəyə girdi. Atam məni əmim oğluna evlənmək üçün vermişdi", - deyib.

B.E.-nin ikinci dəfə ifadə verməsinin və dəlillərin toplanmasının ardından istintaqı tamamlayan prokurorluq azyaşlı qızı qaçıran şübhəli H.E. haqqında 18 ildən 43.5 ilə qədər, atası Ö.E. haqqında isə bu cinayətlərə kömək etdiyi səbəbiylə 9 ildən 21 ilə qədər həbs iddianaməsi hazırlayıb.

İddianamənin qəbulundan sonra qızın atası Ö.E. sərbəst buraxılıb, əmisinin oğlu H.E.-yə isə 14.5 il həbs cəzası verilib. Daha sonra məhkəmə də qərarında dəyişiklik edərək cəzanın müddətini 12 il 1 aya salıb./milli.az

scroll top