» » » "Biz onları dindar bildik": "Mahmud baba" filmində 210 minlik yeyinti qalmaqalı

"Biz onları dindar bildik": "Mahmud baba" filmində 210 minlik yeyinti qalmaqalı

"Biz onları dindar bildik": "Mahmud baba" filmində 210 minlik yeyinti qalmaqalı

"Mahmud Baba" filmində baba və nəvə rolunu canlandıran aktyor Fəqan Məmmədov yenidən "Mahmud baba" filmindən danışıb.

Ucarliyiq.biz bildirir ki, bu barədə cebhe.info-ya açıqlama verən aktyor yeni "Mahmud baba" filmini çəkəcəyini, yeni filmin daha çox seviləcəyini bildirib:

"Yeni filmimizə tələbat çoxdur, sosial şəbəkələrdən də çoxsaylı tələb mesajları alırıq. Biz yeni "Mahmud baba" filmi çəkəcəyik, burada Mahmud baba tam fərqli obrazda, kəndli baba obrazında olacaq. İnşallah ümidvarıq ki, möhtəşəm bir film olacaq. Əslində Mahmud baba obrazını mən 11 il bundan öncə yaratmışdım, o da kifayət qədər sevilirdi. Filmdə də mən istədiyim kimi olmalıydı. Onlara tələb qoydum ki, bu obraz maska olmasın, Mahmud baba "Şaulin" olmasın. Rejissor, ssenarist dedi ki, biz bilirik necə olmalıdır. Maskalı bir obraz yaratdılar.

Mən də 40 dərəcə istidə o maskada bişmişəm, çox əziyyət çəkmişəm. Dedilər düzəldəcəyik, baba daha şirin olacaq. Hələ o maskaya saqqalı mən zülmlə əlavə elətdirmişəm. Çünki babada saqqal olmalıdır. Mən xəyalımda Qarabağ babası yaratmışdım. Amma dedilər ki, biz neçə ildir bu sənətdəyik. Mən inandım onlara, əminəm ki, mənim dediyim obrazda olsaydı daha çox izlənərdi, sevilərdi. Çox təəssüf ki, inanmamalıydım".

Aktyor Fəqan Məmmədov filmdə külli miqdarda vəsait yeyintisinin olduğunu da ilk olaraq Cebhe.info-ya açıqlayıb: "Mən ilk filmdə rejissora, ssenaristə güvəndim. Çünki onlar neçə ildir bu işi görürlər. Çox təəssüflər olsun ki, ümidləri doğrultmadılar. Biz Mahmud baba obrazını tam fərqli görmək istəyirdik, onlar bu obrazı yarada bilmədilər. Məni inandırdılar ki, onların yaratdığı obraz daha çox seviləcək, qəbul ediləcək. Bununla yanaşı filmimdə də külli miqdarda yeyinti oldu. Biz onları dindar bildik, namaz əhli, ibadət əhli bildik güvəndik, inandıq ki, bunlar bizə qarşı nəsə artıq hərəkət etməzlər. Lakin təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, böyük bir yeyinti oldu. Həm də filmi kəsib doğradılar. Bir aktrisaya görə problem yarandı orda. Ona görə də kadrlarımız doğrandı, kəsildi.

Filmimizi bərbad hala saldılar. 210 min manat məbləğ vəsait ayırılmışdı. Baxmayaraq ki, ilk dəfə idi filmə çəkilməyim, amma deyilənə görə mən bunu bacarmışdım. Lakin kəsib doğradılar, hesab edirəm ki, konkret olaraq, mənə qarşı düşmənçilik elədilər. Bilmirəm nədən irəli gəldi, niyə belə elədilər. Zamanı gəlincə onları məhkəməyə də verəcəyəm. Sadəcə olaraq, bu aralar başım çox qarışıqdır işlərimə. Mən Allaha sığınıram. Rejissor Samir Kərəmoğlu idi, filmi də normal təhvil verməliydi, vermədi. Hətta, qala gecəsi bitəndən sonra, film nümayiş olunandan sonra nə rejissor, nə də ssenarist səhnəyə çıxdılar, qaçdılar. Heç bir qazanc olmadı. Qazanc ancaq rejissorla, ssenaristin oldu, onların ətrafındakılar yedilər".

scroll top