» » » Azərbaycanda TÜKÜRPƏDİCİ CİNAYƏT!Evli kişi 23 yaşlı qızın həyatını məhv etdi

Azərbaycanda TÜKÜRPƏDİCİ CİNAYƏT!Evli kişi 23 yaşlı qızın həyatını məhv etdi

Azərbaycanda TÜKÜRPƏDİCİ CİNAYƏT!Evli kişi 23 yaşlı qızın həyatını məhv etdi

Yardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb və ailəsi Natavanın yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Araşdırmalar nəticəsində məlum olub ki, N.Babayeva anası və 3 bacısı ilə birgə yaşayıb. Subay qadının bir müddət əvvəl 3 uşaq atası olan kənd sakini, 37 yaşlı Niyazi Təhməzovla münasibəti yaranıb. 10 gün əvvəl onlar kənd ərazisində heç kimin yaşamadığı evdə görüşüblər və burada aralarında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədərək, heç nə olmamış kimi evinə qayıdıb.

Öldürülən qadının N.Təhməzovla münasibəti üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

*****

11:58

Yardımlı rayonunda qətl törədilib. Daxili İşlər Nazirliyinin verilən məlumata görə, aprelin 13-də Yardımlı rayonunun Telavar kəndin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.

scroll top